144
11:41
19 Avqust 2019

İki aylıq körpənin ölümü ilə bağlı cinayət işi açıldı

Bakıda uşaq ölümü baş verib.
APA -nın məlumatına görə, Banqladeş vətəndaşı, 1996-cı il təvəllüdlü Khan Sazzadur Rashid Shakil və həyat yoldaşı, 1986-cı il təvəllüdlü Səriyyə Rzayeva iki aylıq körpələri Zara Sazzadur Shakil qızını qulaq ağrısı ilə Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasına aparıblar.
Uşağa tibbi yardım göstərilsə də körpə bir neçə saat sonra dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.