“Qəbələ”nin keçmiş məşqçisinin 300-cü qələbəsi
19 avqust 2019 09:45 (UTC +04:00)

“Qəbələ”nin keçmiş məşqçisinin 300-cü qələbəsi

“Dinamo” üzərində 2:1 hesablı qələbə Yuri Syomin üçün Rusiya çempionatında 300-cü olub.
 
Lent.az Rusiya KİV-nə istinadla xəbər verir ki, “Lokomotiv” onun rəhbərliyi altında 545 oyundan 286-da qalib gəlib. O, “Mordoviya”nın baş məşqçisi olanda 11, “Anji”də bir, “Dinamo”da iki qələbə qazanıb.
 
Syomin baş məşqçisi kimi Rusiya çempionatında rekord sayda – 600 oyun keçirib.
 
Qeyd edək ki, Yuri Syomin bir neçə il əvvəl “Qəbələ”nin də baş məşqçisi olub.
 
# 525
avatar

Oxşar yazılar