Suriyaya tətilə getməyin acı nəticələri
18 avqust 2019 14:49 (UTC +04:00)

Suriyaya tətilə getməyin acı nəticələri

Almaniya Daxili işlər naziri Horst Zeexofer tətil zamanı Suriyaya gedən suriyalıların qaçqın statusundan məhrum edilə biləcəyini bəyan edib.
 
APA-nın xəbərinə görə, H. Zeexofer "Bild am Sonntag" nəşrinə müsahibəsində deyib ki, əgər süriyalı qaçqın müntəzəm Suriyaya tətilə gedirsə, Suriyada təqibə məruz qaldığını iddia edə bilməz.
 
Daxili işlər naziri həmin suriyalıların qaçqın statusunun ləğv edilməli olduğunu vurğulayıb: "Miqrasiya Xidməti qaçqınların səfərlərini izləyəcək. Suriyada vəziyyətdən asılı olaraq biz onların deportasiyası ilə məşğul olacağıq".
 
Qeyd edək ki, son illər Almaniyada 800 min nəfərdən çox suriyalı qaçqın statusu alıb.
# 697
avatar

Oxşar yazılar