Hüseynov 300-ə çatdı
18 avqust 2019 14:00 (UTC +04:00)

Hüseynov 300-ə çatdı

Azərbaycan Premyer Liqasının ilk turu “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov üçün əlamətdar olub.
 
Peşəkar Futbol Liqasının rəsmi saytı bildirir ki, kapitan ölkə çempionatlarında 300-cü oyununu keçirib. “Qəbələ” ilə səfər matçında yubiley qeyd edən təcrübəli müdafiəçi bu müddətdə 8 qol vurub. Karyerasına 2005/2006 mövsümündə “Turan”da başlayan arxa xətt oyunçusu bu klubda 82 matça 3 dəfə fərqlənib. O, sonradan çıxış etdiyi “Qəbələ”də 65 qarşılaşmada 4 qola imza atıb. İndiki klubunda 153 matçda 1 dəfə fərqlənməyə müvəffəq olan Hüseynovun komandası yubiley matçında 2:0 hesabı ilə qalib gəlib.
 
Qeyd edək ki, Vurğun Hüseynov Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 21-ci futbolçudur.
# 587
avatar

Oxşar yazılar