Kişiləri 50 yaşdan sonra ən çox nə narahat edir?
18 avqust 2019 18:54 (UTC +04:00)

Kişiləri 50 yaşdan sonra ən çox nə narahat edir?

Prostat adenoması və ya tibdə daha çox prostat vəzinin xoşxassəli hiperplaziyası kimi bilinən prostat vəzin böyüyərək sidik kanalını sıxması, nəticədə sidik axınının ləngiməsinə ve çətinləşməsinə gətirib çıxaran bir xəstəlikdir. Çox rast gəlinən bu xəstəlik kişilərdə yaşlanma ilə birgə hormonal dəyişikliklərlə əlaqədardır. Daha çox 50 yaşdan sonra kişilərdə müşahidə olunur. 
e-tibb.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Klinik Xəstəxananın açıqladığl məlumatda qeyd olunjub. Klinikanın həkimi, uroloq Eldar Abbasov bildirib ki, 50 yaşından yuxarı hər bir kişi hər hansı bir şikayəti olmasa belə, ildə bir dəfə mütləq uroloji müayinədən keçməlidir.

Prostat adenomasının əlamətləri bunlardır:
- normaldan daha çox sidiyə getmə ehtiyacı
- gecələr tez-tez sidiyə qalxma
-qeyri-iradi sidik ifrazı
-sidiyə gedərkən haçalanma
-gücənərək sidiyə getmə
-kəsik- kəsik sidik ifrazı
-sidim axınının zəifləməsindən
-sidik kisəsini tam boşaltmama və qalıq sidik hissiyatı

 

Prostat adenomasina necə diaqnoz qoyulur?
-xəstənin anemnezi, şikayətləri
-T.PSA (Prostat spesifik antigen) prostat xərçəngindən fərqləndirmək üçün qan testi
-uroflowmetriya ( sidik axım testi)
-Ultrases müayinəsi - böyrək sidik kisəsi ve prostat vəzi orqanlarının görüntülənməsi
-Sidik ifrazı sonrası qalıq sidiyə baxılması

Bəs prostat adenomasının müalicəsi necə aparılır?

-Dərman müalicəsi. Daha çox erkən mərhələdə, şikayətlərinin yüngül və orta hallarında daha effektlidir
Cərrahi müalicə
- Açıq prostat əməliyatı
- Qapalı prostat əməliyatı 

Prostatın böyüməsi zamanı olan problemlər onun daha çox böyüməsi deyil, yaratdığı şikayətlər önəmlidir. Bəzən kiçik prostatlar belə böyük sosial və tibbi problemlər yaradır. 
Prostat xəstəlikləri şikayəti ilə müraciət edən xəstələrdə ən önəmli olan prostat adenoması yoxsa prostat xərçəngi olduğunu düzgün müəyyənləşdirməkdir.
Qeyd olunub ki, prostat böyüməsi (adenoması) günümüzdə düzgün şəkildə müalicə olunmaqdadır.

# 937
avatar

Oxşar yazılar