Tərtər sakini həmkəndlisini maşınla vurub
17 avqust 2019 13:08 (UTC +04:00)

Tərtər sakini həmkəndlisini maşınla vurub

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 16-da saat 23 radələrində rayonun Sarov kəndi ərazisində Bəyimsarov kənd sakini M.Orucov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən həmkəndlisi Raul Hümbətlini vurub. 
 
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
 
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
# 468
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar