4503
11:14
17 Avqust 2019

Elçin Quliyev Elnarəyə medal verdi

Müğənni Elnarə Xəlilova medala layiq görülüb.
Lent.az Axşam.az-a istinadla xəbər verir ki, o, Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə general-polkovnik Elçin Quliyev tərəfindən yubiley medalı ilə təltif edilib.
Qeyd edək ki, leytenant rütbəsi daşıyan Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir.