Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirildi - VİDEO
16 avqust 2019 17:02 (UTC +04:00)

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirildi - VİDEO

 
 
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, birləşmə və hissələrin ştat şəxsi heyəti S-125 zenit-raket komplekslərindən şərti düşmən hədəflərini aşkarlayaraq praktiki şəkildə məhv etmə tapşırığını müvəffəqiyyətlə icra edib.
 
Keçirilən təlimlərin məqsədi şəxsi heyətin praktiki vərdişlərini təkmilləşdirmək və döyüş qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır.
# 369
avatar

Oxşar yazılar