Şəki sakini Oğuzda qətl törətdi
16 avqust 2019 15:33 (UTC +04:00)

Şəki sakini Oğuzda qətl törətdi

Oğuzda 45 yaşlı kişi qətlə yetirilib.
 
APA-nın şimal-qərb bürosunun məlumatına görə,  hadisə bu gün günorta saat 12 radələrində rayonun Bucaq kəndində qeydə alınıb.
 
Oğuz rayon Bucaq kənd sakini, 1974-cü il təvəllüdlü Siyavuş Nurəddin oğlu İslamovla  Şəki rayon sakini Elnur Məmmədov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı E. Məmmədov S. İslamovu döş qəfəsindən bıçaqlayıb. S. İslamov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Cinayəti törətməkdə şübhəli sayılan E. Məmmədov saxlanılıb.
 
Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlanıb.
# 677
avatar

Oxşar yazılar