Əhalinin sayı artaraq bu qədər oldu - <span style="color:red;">RƏSMİ
16 avqust 2019 11:59 (UTC +04:00)

Əhalinin sayı artaraq bu qədər oldu - RƏSMİ

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Hazırda hər 1000 kişiyə  1003 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfərdir.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 66687 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,6) qalıb. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı isə üçəm doğulanlardır.

Bu ilin yanvar-iyun aylarında ölkədə 28745 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,9-a düşüb.

# 610
avatar

Aygün İbrahimli

Oxşar yazılar