Bu türk futbolçu quldurların əlindən hara qaçmaq istəyir?
15 avqust 2019 16:14 (UTC +04:00)

Bu türk futbolçu quldurların əlindən hara qaçmaq istəyir?

Türkəsilli Məsut Özilin London “Arsenal”ında bundan sonra  qalması Britaniyanın paytaxtında Sead Kolaşinatsla hücuma məruz qalmasından sonra sual altında qalıb. 
 
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, kriminal hadisə ilk baxışdakından daha ciddi görünür. Futbolçular iki yerli quldur dəstəsinin çəkişmə mərkəzinə düşüb: onlardan biri oyunçuları hədələyir, digəri müdafiə edir. 
 
Oyunçular uzun müddət sutka boyu mühafizə olunublar, klubla məşqlərə çıxmayıblar və İngiltərə Premyer-liqasının mövsümün startındakı oyununu buraxıblar. İndi yayılan xəbərə görə, futbolçular “Arsenal”ın bazasına qayıdıblar, ancaq Özil Londonda qalmaq niyyətində deyil, o, artıq adadan kənarda yeni komanda axtarır. 
 
Məsut Özilin agenti artıq MLS-nin klubu “Di Si Yunayted”lə danışıqlar aparıb. Türkəsilli futbolçu 2020-ci ilin yanvar ayında həmin kluba keçə bilər. 
Amerika komandasında hesab edirlər ki, Özil İngiltərəyə qayıdacaq Ueyn Runini əvəzləyə bilər. Özili hazırda daha çox öz ailəsinin təhlükəsizliyi düşündürür. 
 
# 1093
avatar

Oxşar yazılar