III ixtisas qrupu üzrə boş yer qalmayıb
15 avqust 2019 11:35 (UTC +04:00)

III ixtisas qrupu üzrə boş yer qalmayıb

Ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticəsinə əsasən Azərbaycan bölməsində III ixtisas qrupu üzrə boş yer qalmayıb.

Bu barədə Lent.az-a  təhsil eksperti Kamran Əsədov məlumat verib.

O bildirib ki, yalnız Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakültəsində 4 yer qalıb.

Qalan boş yerlər ancaq rus bölməsi üzrə qalıb.

Qeyd edək ki, bu il 42062 nəfər ali təhsil müəssisələrinə qəbul olub. İxtisas seçimi etdiyi ahlda 16196 nəfər ali məktəblərə qəbul olma bilməyib.

II tur üçün 5785 plan yeri boş qalıb. 

Boş qalan plan yerləri ilə eyni zamanda orta ixtisas təhsili müəssisələrinə - kolleclərə də qəbul həyata keçiriləcək.

Bu gündən boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb.

 

 

 

# 813
avatar

Aygün İbrahimli

Oxşar yazılar