Keçmiş gəlini müğənnini <span style="color:red;">İFŞA  etdi:  "Mənə əl qaldırıb, icazəsiz otağımıza girirdi"
15 avqust 2019 12:12 (UTC +04:00)

Keçmiş gəlini müğənnini İFŞA etdi: "Mənə əl qaldırıb, icazəsiz otağımıza girirdi"

"Elşad Qarayev həmişə bizim ailəmizə qarışıb. Deyir, əlimdə səs yazıları var. Ər-arvadın söhbətinin səs yazısı səndə nə gəzir? Təhqir ediblər, təhqir eşidiblər. Bəs məndə olan səs yazılarana nə deyir? Rəvanla danışanda gəlib qapının arxasında bizə qulaq asırdı. Sonrada qəfil qapını açırdı, icazəsiz içəri daxil olurdu ki, eşitdim siz dalaşırsız".
 
Lent.az-ın məlumatına görə, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Rəvan Qarayevin boşandığı xanımı Günay deyib. Ailəsinin dağılmasında qayınatası, müğənni Elşad Qarayevi günahlandıran Günay onun ittihamlarına cavab verib:
 
"Mənə təhqiredici sözlər işlədir, deyirdi ki, götür, uşağını da atanın xarabasına get. Evli olduğumuz halda belə Elşad Qarayev məni dəfələrlə evdən qovub. Mənə hücum edib, vurmaq istəyib. Rəvan araya girib, imkan verməyib. Evin açarını dəyişib, məni küçədə saxlayıb.
 
Rəvan gəlib məni götürmək istəyəndə isə onu incidirdi. Axırda ailəmi dağıtdılar. Rəvan qızına, mənə heç nə ala bilmirdi, gizlin edirdi hər şeyi. Qorxumuzdan harasa gəzməyə gedəndə, gecə 12-dən sonra gizlin çıxırdıq evdən. Deyirdik, evə zəng edib, bilməsinlər. Rəvan bu qədər təzyiqlərə baxmayaraq, mənə də, qızımıza da yaxşı baxıb. Bir ata-ana niyə övladının ailəsinə yaxşı baxmasını qısqanmalıdır?".
 
Günay bildirib ki, Elşad və Rəvan onu polisə şikayət edib:
 
"Əminəm ki, Rəvanın işi deyil. Rəvanın şəxsi həyatına qarışmıram, sual verildi, cavab dedim. Həmin qadının kim olduğunu bilmirdim. Rəvan və qadın gecə saat 3-də mənə özləri mesaj yazıblar. Rəvan əvvəl onu mənə evini təmizləyən xanım kimi təqdim etmişdi. Rəvan qızımızı aparanda, o, qadın telefonu əlindən alır, mənimlə danışmağa qoymur.
 
 
Rəvanın borcudur qızına yaxşı baxsın. İmkanı olmasa, heç nə istəmərəm. Mən onun yaxşı təhsil almasını istəyirəm. 200 manatla necə təhsil verim, geyindirim, yedizdirim? Rəvana bir söz deyən kimi, atası məni verir polisə. Elşadın qorxusundan gəlib qızını görə, baxa bilmir.
 
Rəvanın anası Xalidə xanım mənə yazıb ki, sən yaxşı gəlin olmusan. Mən heç nə demirəm".
 
Qeyd edək ki, Günay Rəvanın övladına baxmadığını, onu evinə aparanda birlikdə yaşadığı sevgilisinin qızına təzyiqlər etdiyini bildirib.
# 2481
avatar

Oxşar yazılar