"Zeytunluq"da ağac kəsilməyib - <span style="color:red;">RƏSMİ
15 avqust 2019 10:43 (UTC +04:00)

"Zeytunluq"da ağac kəsilməyib - RƏSMİ

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı “Zeytunluq” adlanan ərazinin park və istirahət mərkəzinin salınması məqsədilə hasara alındığı və abadlıq işlərinin aparıldığı məlum olub.

Sözügedən ərazidə ağac kəsintisi faktı aşkar olunmayıb.

 

 

 

 

 

 

# 454
avatar

Aygün İbrahimli

Oxşar yazılar