Keçmiş oyunçu “Dinamo”nun baş məşqçisi oldu
15 avqust 2019 10:33 (UTC +04:00)

Keçmiş oyunçu “Dinamo”nun baş məşqçisi oldu

Kiyev “Dinamo”sunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. 
 
APA-nın Ukrayna mətbuatına istinadən məlumatına görə, komanda Aleksey Mixayliçenkoya tapşırılıb. 
 
2013-cü ildən bu klubda idman direktoru vəzifəsində çalışan 56 yaşlı təcrübəli mütəxəssisin təyinatı bu gün açıqlanacaq. O, baş məşqçi postunda Çempionlar Liqasında uğursuz çıxışdan sonra istefaya göndərilən Aleksandr Xatskeviçi əvəzləyib. 
 
Qeyd edək ki, A. Mixayliçenko 2002-2004-cü illərdə də “Dinamo”nu çalışdırıb. Həmin vaxt iki dəfə Ukrayna çempionatını, ölkə kubokunu və Superkubokunu qazanan sabiq yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsində “Trabzonspor”a məğlubiyyətdən sonra işdən azad olunub. 
 
# 565
avatar

Oxşar yazılar