Azərbaycan-Gürcüstan sərhədində problem yaranıb
14 avqust 2019 17:50 (UTC +04:00)

Azərbaycan-Gürcüstan sərhədində problem yaranıb

“Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində texniki nasazlıq yaranıb.
 
Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, avqustun 14-də saat 17:00-da “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində “İdarələrarası Avtomatlaş­dırıl­mış Məlumat-Axtarış Sistemi”ndə (İAMAS) baş vermiş texniki nasazlıq səbəbindən şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışında gecikmələr yaranıb.
 
Hazırda sistemdəki texniki nasazlığın aradan qaldırılması məqsədilə İAMAS-ın operatoru olan “İdrak” şirkətinin əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
# 1788
avatar

Oxşar yazılar