Müəllimliyə namizədlərin 9606-sı elektron ərizəsini təsdiqləmədi
14 avqust 2019 14:37 (UTC +04:00)

Müəllimliyə namizədlərin 9606-sı elektron ərizəsini təsdiqləmədi

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, bu mərhələdə 23609 namizəd iştirak edib, onlardan 14003 namizəd elektron ərizəsini təsdiqləyib.

Vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlayır. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.

 

 

 

 

 

 

# 589
avatar

Aygün İbrahimli

Oxşar yazılar