200
12:04
14 Avqust 2019

Küllü miqdarda qızıl-zinət əşyası oğurlandı

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fervral-may aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az -a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, əvvəllər məhkum olunmuş 39 yaşlı Amil Məmmədov və 55 yaşlı İlqar Məmmədov rayon ərazisindəki ümumilikdə 3 evə daxil olaraq oradan küllü miqdarda qızıl-zinət, geyim əşyaları və nağd pulu oğurlayıblar. Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.