132
11:09
14 Avqust 2019

Sabahdan ali məktəblərə qeydiyyat başlayır

Bu il ali məktəblərə daxil olanlar üçün qeydiyyat başlayır.

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az -a verilən məlumata görə, tələbə adı qazananlar avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qeyd edək ki, 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul planı ötən illə müqayisədə daha çox olub. Ümumilikdə bu il 2807 yer və ya 6.22 faiz artım var. 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu 7985 yer və ya 65,43 faiz artım deməkdir.