Prezident oyun zamanı mikrofonla hakimi söydü - <span style="color:red;">VİDEO
12 avqust 2019 18:49 (UTC +04:00)

Prezident oyun zamanı mikrofonla hakimi söydü - VİDEO

 
Çeçenistan prezidenti Ramzan Kadırov növbəti dəfə oyun zamanı hakimi təhqir edib.
 
Lent.az goal.az-a istinadla xəbər verir ki, bu, Rusiya Premyer Liqasının V turunda keçirilən Axmat - Spartak oyununda yaşanıb. Referinin idarəçiliyindən narazı qalan Kadırov "Axmat Arena"da keçirilən görüşün 82-ci dəqiqəsində mikrofonu əlinə alaraq, baş hakim Aleksey Suxoyun ünvanına təhqiramiz ifadələr işlədib.
 
Qarşılaşma Axmat-ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
 
Qeyd edək ki, Kadırov 2013-cü ildə də eyni üsulla hakimi təhqir etmişdi.

# 5619
avatar

Oxşar yazılar