226
19:32
10 Avqust 2019

“Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi keçirilib - FOTO

Azərbaycan Ordusunun hərbi tibb işçilərinin də iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi keçirilib.
Müdafiə Nazirliyindən Lent.az -a verilən məlumata görə, Azərbaycan hərbi həkimləri “Estafetin ən yaxşı sürücü mexaniki” adı uğrunda mübarizədə digər ölkələrdən olan həmkarları ilə birlikdə bacarıqlarını nümayiş etdiriblər.