155
18:41
09 Avqust 2019

Bu kəndlərimizə də qaz verildi

Bu gün qazlaşdırma işləri başa çatdırılan Goranboy rayonunun Gülməmmədli və Qarapirimli kəndlərinə təbii qaz verilib.

“Azəriqaz”dan Lent.z-a bildirilib ki, bu münasibətlə rayon rəhbərliyi və “Azəriqaz” İB nümayəndələrinin iştirakı ilə açılış mərasimi keçirilib.

Qeyd edək ki, Gülməmmədli kəndində 48, Qarapirimli kəndində isə 58 abonentin evi qazlaşdırılıb. İşlərə bu il başlanılıb və hər bir fərdi mənzilin qaz kəməri üzərində qaz sayğacı quraşdırılıb.