“Real”dan “Qarabağ”ın potensial rəqibinə 55 milyonluq təklif
09 avqust 2019 17:35 (UTC +04:00)

“Real”dan “Qarabağ”ın potensial rəqibinə 55 milyonluq təklif

Çempionlar Liqasının pley-offunda Azərbaycan təmsilçisi “Qarabağ”ın potensial rəqibi olan “Ayaks” daha bir aparıcı futbolçusunu itirə bilər.
 
APA-nın məlumatına görə, Hollandiya çempionunun oyunçusu Donni Van de Bek İspaniya “Real”ının diqqət mərkəzinə düşüb.
 
Heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək niyyətində olan “Kral klubu” hollandiyalı üçün 55 milyon avro transfer məbləği təklif edib. Fransalı Pol Poqbanı “Mançester Yunayted”dən ala bilməyən madridlilər 22 yaşlı yarımmüdafiəçiyə “elçi düşüblər”.
 
Qeyd edək ki, D.Van de Bek karyerası ərzində yalnız “Ayaks”da çıxış edib.
# 616
avatar

Oxşar yazılar