703
17:40
09 Avqust 2019

İxtisas seçimi edən bu qədər abituriyent KƏSİLDİ

Bu il ali məktəblərə keçirilən imtahanlarda müsabiqə şərtini ödəyib, ixtisas seçimi edən, amma qəbul olmayan (kəsilən) abituriyentlərin qruplar üzrə sayı açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.

Belə ki, I qrupda 4267, II qrupda 2405, III qrupda 7136,

IV qrupda 1104, V qrupda isə 2104 nəfər qəbul ola bilməyib.

Bu il müvafiq olaraq müsabiqədə 47847 plan yeri uğrunda 58294 nəfər abituriyent mübarizə aparıb.

Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub 16232 abituriyent isə qəbul ola bilməyib (kəsilib).