390
16:55
09 Avqust 2019

Hava yenidən kəskin dəyişəcək - XƏBƏRDARLIQ

"Avqustun 9-u günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında yağış yağıb. Düşən yağıntının miqdarı Zabratda 6 mm (aylıq normanın 98 faizi), Bakıda 4 mm (aylıq normanın 66 faizi), Maştağada 4mm (aylıq normanın 52 faizi), Binədə 3 mm (aylıq normanın 49 faizi), Çilov adasında 2 mm, Sumqayıt, Pirallahı, Neft Daşlarında 1 millimetr olub. Digər rayonlarda əsasən zəif yağış qeydə alınıb".
Lent.az -ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, Lerikdə 4 millimetr, İmişli, Mərəzədə 3 mm, Qazıməmməddə, Xaltanda 2, Sabirabad, Cəfərxan, Yardımlı, Kişçay (Şəki), Sarıbaş, Şahdağ, Şabran, Oğuz, Zaqatala, Şəki, Altıağac, Xaçmaz, Qubada 1 millimetr olub.
U. Tağıyevanın sözlərinə görə, havanın temperaturu iqlim normasından 2-4 dərəcə aşağıdır.
O qeyd edib ki, sabah, avqust ayının 10-da hava mülayim isti keçəcək, yağmursuz hava şəraiti gözlənilir, zəif cənub-şərq küləyi əsəcək. Bakıda temperatur 35 dərəcəyədək yüksələcək: “Avqustun 11-də isə yenidən güclü şimal-qərb küləyi gözlənilir. Küləyin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək çatacağı proqnozlaşdırılır. Gözlənilən güclü küləklə əlaqədar əhaliyə diqqətli olmağı tövsiyə edirik. Avqustun 11-də hava sərin keçəcək, temperatur 27 dərəcəyə yaxın olacaq”.