982
16:00
09 Avqust 2019

Azərbaycanda toyuq əti təhlükəsi - AÇIQLAMA

“Toyuq əti ilə bağlı ölkədə daima problem yaşanır”.
Bu barədə Lent.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, 2 il bundan əvvəl Ukraynadan gələn toyuq ətləri ekspertiza edilib və tərkibində 25 faiz naməlum maye təyin edilib:
“Ümumilikdə xaricdən ölkəyə təhlükəli toyuq ətləri gətirilir və buna Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Ona görə də istehsalçılar şübhəli toyuq ətləri ilə qarşılaşdıqda mütləq agentliyə məlumat verməlidirlər”.
Qeyd edək ki, bir neçə gün əvvəl Poti və Kulevi limanları vasitəsi ilə Gürcüstana idxalı planlaşdırılan dondurulmuş toyuq ətinin tərkibində Salmonella bakteriyası aşkarlanmış, tərkibini laboratoriya şəraitində yoxladıqdan sonra isə ölümcül virus aşkarlanaraq, toyuq ətləri geri göndərilmişdi.