834
18:30
09 Avqust 2019

Yemiş mürəbbəsinin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “EV YEMEKLERİ” adı ilə məşhur olan səhifəyə istinadla yemiş mürəbbəsinin resepti ilə tanış edəcəyik.
Tərkibi:
2 kilo 200 qram yemiş, 500 qram şəkər tozu, 1 çay qaşığı limon duzu, 1 litir və 200 ml soyuq su, 1 paçka vanilin
Hazırlanma qaydası:
Yemişi yuyuruq və iki yerə ayırıb tumlarını çıxarırıq. Sonra qabığını soyub doğrayırıq. Daha sonra şərbəti hazırlamaq üçün qazana şəkər tozunu, vanilin, limon turşusu, və su əlavə edirik. Şərbəti qarışdırıb ocağa qoyuruq. Şərbət bir buğum qaynadıqdan sonra kənara qoyub ilıq olmasını gözləyirik. Doğradığımız yemişləri sıx-sıx bankaya əlavə edirik, üstünə isə şərbəti töküb qaynamağa qoyuruq. Mürəbbəni qaynatmaq üçün qazana ilıq su tökürük və bir dəsmal qoyub üzərinə bankaları yerləşdiririk. Su qaynadıqdan 15 dəqiqə sonra bankaları çıxarırıq. Mürəbbənin qapağını bərk bağlayıb tərs çevirib soyuyana qədər gözləyirik. Sonra qışa kimi sərin yerdə saxlayırıq.
Nuş olsun!