159
14:47
09 Avqust 2019

"Bayrama görə xəttə iritutumlu avtobuslar cəlb edilib" - RƏSMİ

"Bayramla əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iri tutumlu neoplanlar da cəlb olunub".
Bu barədə Lent.az -a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O bildirib ki, bu da öz növbəsində sərnişinlərin komfortlu və rahat gedişini təmin etməyə yardımçı olacaq:
"Sərnişinlərdən xahiş edirik ki, səfər etmək istədikləri istiqamətlərə bilet almaq üçün yola düşməyi planlaşdırdıqları saatda deyil, daha öncədən gəlib biletləri əldə etsinlər.
Bayramınız mübarək, yolunuz açıq olsun".