253
18:22
09 Avqust 2019

30 yaşlı qadının beynindən törəmə götürüldü

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 30 yaşlı qadın pasiyentin xroniki baş ağrıları səbəbi ilə çəkilən beyin MRT-də 5 sm hipofizin adenoması aşkarlanıb.
Bu barədə Lent.az -a Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 2 sm-dən böyük adenomalar görmə sinirlərini sıxır və tədricən görmə problemləri yaranır. Törəmə 3-4 sm-ə çatanda görmə problemləri mühüm dərəcədə pozulur və korluq inkişaf edir.
Pasiyentin üz cizgilərində nəzərəçarpan kobudlaşma olub və müayinə zamanı böyümə hormonu yüksək çıxıb.
Hipofiz adenoması nə qədər böyük olsa, kavernoz sinuslara və ətraf toxumalara invaziya dərəcəsi artır, total çıxarılması və hormonal profilin normaya gəlməsi isə o qədər də çətinləşir. Lakin mühüm görmə problemləri belə, əməliyyat tez bir zamanda icra edilərsə, əməliyyatdan dərhal sonra ciddi dərəcədə yaxşılaşır.
Pasiyent endoskopik yol ilə əməliyyat olunub, törəmə xaric edilib və görməsi əməliyyatdan dərhal sonra yaxşılaşıb.