Klublarımız yay transferində bu qədər pul xərcləyib
09 avqust 2019 11:44 (UTC +04:00)

Klublarımız yay transferində bu qədər pul xərcləyib

 
 
İngiltərə Premyer Liqasında çıxış edən klubların yay transferlərinə xərclədiyi məbləğ bəlli olub.
 
APA-nın məlumatına görə, klublar yay transfer dövründə 1 milyard 386 milyon funt sterlinq xərcləyiblər.
 
Bu göstərici 2017-ci ilin rekordundan geri qalıb. Həmin vaxt Premyer Liqa təmsilçilərinin transfer xərcləri 1 milyard 455 milyon olub.
 
Bu yay Premyer Liqanın ən bahalı transferi Qarri Maquayr üçün “Mançester Yunayted” “Lester”ə 78,3 milyon ödəyib. “Arsenal”ın “Lill”dən 72 milyona aldığı Nikola Pepe 2-ci, “Mançester Siti”nin “Atletiko”dan 63 milyona transfer etdiyi Rodri 3-cüdür.
# 481
avatar

Oxşar yazılar