165
10:14
09 Avqust 2019

Şəki Xan Sarayına giriş bərpa edildi - RƏSMİ

Bu gündən Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.
Bu barədə Lent.az -a Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, yerli və xarici mütəxəssislərin, digər dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib.
Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın, təxminən, 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət almışdı. Hadisə nəticəsində ağır yaralananlardan bir nəfər Azərbaycan vətəndaşı vəfat etmişdi.
Hadisədən sonra isə araşdırma və bərpa işlərinin bitməsinədək sarayın fəaliyyəti dayandırılmışdı.