208
16:10
08 Avqust 2019

Artilleriya atəşinin ustaları” müsabiqəsində heyətimiz İLK ÜÇLÜKDƏ

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən Azərbaycan komandası yarışlara inamla qoşulub.
Bu barədə Lent.az -a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, dünən keçirilən mərhələdə artilleriyaçılarımızın birinci heyəti öz bacarığını nümayiş etdirib.
Gecə və gündüz atışlarında iştirak edən birinci heyətimiz hakimlərin qərarına əsasən, 12 komanda arasında 3-cü yerə layiq görülüb.