"Qarabağ" APOEL-in baş məşqçisini göndərdi
08 avqust 2019 12:39 (UTC +04:00)

"Qarabağ" APOEL-in baş məşqçisini göndərdi

 
Kiprin APOEL futbol klubunun baş məşqçi Paulo Tramezani istefaya göndərilib. 
 
APA-nın klubun saytına istinadən məlumatına görə, 49 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. 
 
Onunla yolların ayrılmasında Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu “Qarabağ”a 1:2 hesabı ilə uduzması rol oynayıb. İtaliyalı mütəxəssisi hələlik kimin əvəzləyəcəyi açıqlanmayıb. 
 
Qeyd edək ki, APOEL “Qarabağ”la cavab oyununu avqustun 13-də Bakıda keçirəcək. 
# 557
avatar

Oxşar yazılar