257
10:07
08 Avqust 2019

Kolleclərə qeydiyyat başladı - DİQQƏT

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanların qeydiyyatı başlayıb.
Bu barədə Lent.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər bu gündən avqustun 23-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.