254
09:43
08 Avqust 2019

Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

Bu gün səhər saat 09.00-dan etibarən Qaz İxrac İdarəsinin balansında olan “Qazanlar-Keşlə” magistral qaz kəmərinin üzərində quraşdırma işləri, eləcə də digər qaz xətlərində birləşdirmə işləri icra olunacaq.
“Azəriqaz”dan Lent.az -a verilən xəbərə görə, bu müddət ərzində Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov, H.Aslanov, M.Davud, Aşıq Qurban, Mingəçevir və Suleyman Əhmədov küçələrində, eləcə də NZS qəsəbəsi, Əhmədli kəndi və digər yerlərdə qaz təchizatı dayandırılıb.
Bundan başqa, bu gün səhər saat 09.00-dan etibarən İsmayıllı və Göyçay rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq. Təchizatda dayandırmalar Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz xəttində aparılan bəzi təmir işləri ilə bağlıdır.