“Şaban”ın azərbaycanlı gəlindən nəvəsi doğuldu
08 avqust 2019 09:04 (UTC +04:00)

“Şaban”ın azərbaycanlı gəlindən nəvəsi doğuldu

Türkiyənin məşhur aktyoru Kamal Sunalın oğlu Ali Sunalın ikinci dəfə evləndiyi azərbaycanlı vəkil Nazlı Qurbanzadənin qızı doğulub.
 
Lent.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Şaban”ın nəvəsi avqustun 7-də yerli saatla 07:24-də dünyaya gəlib. Cütlük yeni doğulan körpəyə Narin adını verib. 
 
Həkimlər 2 kilo 643 qram çəki ilə doğulan Narinin və anasının sağlıq durumunun yaxşı olduğunu açıqlayıblar. Ali Sunal Instagram hesabından paylaşdığı fotonun altında yazıb: “Mən ata oldum. Yuxu kimidir. Xoş gəldin canım qızım, gözəl Narinim. Mənim həyatım Nar bəbək”.
# 1880
avatar

Oxşar yazılar