"Qalatasaray" 16-cı dəfə Türkiyə Superkubokunu qazanıb - VİDEO
08 avqust 2019 00:42 (UTC +04:00)

"Qalatasaray" 16-cı dəfə Türkiyə Superkubokunu qazanıb - VİDEO

 
 
Türkiyə Superkubokunun qalibi müəyyənləşib.
 
APA-nın məlumatına görə, həlledici qarşılaşmada ölkə çempionu və kubokunun qalibi olan “Qalatasaray” “Akhisar”ı sınağa çəkib.
 
Super Liqanı tərk edən sonuncular kubokun finalçısı kimi bu matça çıxıblar. Görüş Ankarada baş tutub.
 
Superkubokun taleyini bir qol həll edib. 39-cu dəqiqədə fərqlənən Belhanda İstanbul klubuna həm qələbə, həm titul qazandırıb. 
 
Sonuncu dəfə 2016-cı ildə bu mükafata yiyələnən “Qalatasaray” tarixində 16-cı Superkuboku başı üzərinə qaldırıb.
 
Türkiyə Superkuboku
7 avqust
 
22:45. “Qalatasaray” – “Akhisar” – 1:0
Belhanda, 39
 
 

# 638
avatar

Oxşar yazılar