352
16:30
07 Avqust 2019

Çox ləzzətli qəlyanaltı resepti - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Myfoodchannel” adı ilə məşhur olan səhifəyə istinadla qəlyanaltı resepti ilə tanış edəcəyik.
İçindəkilər:
3 ədəd pomidor, 1 ədəd iri şirin qırmızı bolqar bibəri, 1 ədəd acı yaşıl bibər, (zövqə görə) 1 ədəd soğan, 1 diş sarımsaq, 1/2 dəstə keşniş, duz, 5 ədəd iri lavaş, qızartmaq üçün duru yağ
Sous üçün 4 dolu yemək qaşığı qatıq və ya xama, 1 yemək qaşığı mayonez 1 diş sarımsaq, 1-2 sap şüyüd, duz
Hazırlamaq üçün:
Badımcanların saplaqlarını təmizləyirik və yuyub bıçaqla dəlik açırıq. Sonra bibərləri və pomidorları da eyni qaydada hazırlayıb listə yerləşdirib qoyuruq sobaya. 250 dərəcədə 20-25 dəqiqə bişirib, sonra sobadan çıxarıb üzərini solafanla örtürük. Tərəvəzlər soyuyana qədər digər ərzaqları hazırlayırıq.
İlk olaraq soğanları, sonra sarımsaq və göyərtini doğrayırıq. Bişmiş ərzaqları da doğrayıb digər ərzaqlarla birlikdə qarışdırırıq. Hazırladığımız içliyi lavaşlara büküb qızardırıq. Zövqə uyğun olaraq lavaşa mayonez də çəkmək olar.
Sous üçün isə qatıq, mayonez, sarımsaq və doğranılmış şüyüdü əlavə edib qarışdırırıq. Sonra süfrəyə servis edirik.
Nuş olsun!