315
15:09
07 Avqust 2019

Birinciləri məktəbə necə hazırlayaq? - psixoloq DANIŞIR

“Kiçik yaşlı uşaqların məktəbə adaptasiyasında tez-tez müxtəlif xarakterli çətinliklər müşahidə olunur”.
Bu sözləri Lent.az -a açıqlamasında psixoloq Sevinc Baxışova deyib. O bildirib ki, bu prosesdə birinci sinif şagirdləri ilə yanaşı, onların valideynləri də psixoloji gərginlik halları yaşayır:
“Məsələn, uşaqlar məktəbə daxil olarkən valideynlərindən ayrılmaq istəmir, ağlayır, tarşırıqları yerinə yetirə bilmir və s. Valideynlər isə uşaqlarını dilə tutmağa çalışır, gah da müəllimədən kömək umur. Bu cür hallarda əsas səbəb uşaqların məktəbə yetərincə hazırlaşdırılmaması, məktəbli vərdişlərinin olmaması, uzun sürən derrivasiya (gərginlik) məktəb və ya sinif psixoloji atmosferinə şagirdin alışa bilməməsidir. Uşaqların məktəbə, sinif yoldaşlarına alışmasında, adaptasiya olmasında, şəxsiyyətin formalaşmasında valideynlərin rolu mütləqdir.
Cəmiyyət o qədər yüksək inkişaf edib ki, artıq vaxtı ilə tətbiq edilən tərbiyə metodları bu gün işimizə yaramır və özünü doğrultmur. Bu səbəbdən də valideynlər şagird şəxsiyyətinin yüksək səviyyədə inkişafına yardımçı olmaq üçün müəllim kollektivi və məktəblə əməkdaşlıq etməlidir”.