“Beşiktaş” İspaniya millisinin sabiq müdafiəçisini transfer edib
07 avqust 2019 17:03 (UTC +04:00)

“Beşiktaş” İspaniya millisinin sabiq müdafiəçisini transfer edib

 
 
Türkiyənin “Beşiktaş” klubu növbəti transferini rəsmiləşdirib.
 
APA-nın məlumatına görə, İstanbul təmsilçisi ispaniyalı futbolçu Viktor Ruiz Torre ilə müqavilə imzalayıb.
 
Ötən mövsüm İspaniyanın “Vilyarreal” klubunda oynayan 30 yaşlı müdafiəçi ilə 3 illik anlaşma əldə olunub. Artıq tibbi müayinədən də keçən arxa xətt oyunçusu 2022-ci ilin yayına qədər “ağ-qaralar”ın formasını geyinəcək.
 
 
Qeyd edək ki, vaxtilə İspaniyanın U-17, U-19 və U-19 yığmalarında oynamış müdafiəçi karyerası ərzində “Espanyol”, “Valensiya” və “Napoli”də də çıxış edib.
# 567
avatar

Oxşar yazılar