Azərbaycanın mövqeyi dəyişmədi, xal hesabı artdı
07 avqust 2019 09:11 (UTC +04:00)

Azərbaycanın mövqeyi dəyişmədi, xal hesabı artdı

Avrokubokların III təsnifat mərhələsi start götürüb.
 
APA-nın məlumatına görə, mərhələnin ilk oyun günündə 8 qarşılaşma baş tutub.
 
Çempionlar Liqasının 5, Avropa Liqasının 3 matçından sonra ölkələrin UEFA reytinqi açıqlanıb.
 
Keçirilən görüşlər bəzi dəyişikliklərə səbəb olub. Danimarka Çexiyanı arxada qoyaraq 13-cü sıraya qalxıb. Bundan başqa, Latviya Litva ilə Ermənistanı, Şimali İrlandiya isə Monteneqro ilə Estoniyanı arxada qoyub.
 
Azərbaycanın mövqeyi dəyişməsə də, xal hesabı artıb. Çempionlar Liqasında Kiprin APOEL klubu ilə səfər görüşündə qələbə qazanan “Qarabağ” ölkəmizin aktivinə 0,250 xal gətirib.
 
Bununla da cari mövsümün qazancı 2,000 xala çatıb. Bunun yarısı “Qarabağ”, yarısı “Neftçi”nin hesabına düşür.
 
Son 5 mövsümün nəticələrinə əsasən hesablanan reytinqimiz isə 17,325-ə yüksəlib. 26-cı sırada qalan Azərbaycan Qazaxıstandan 0,625 xal geridədirsə, Polşadan 1,250 xal öndədir.
 
Qeyd edək ki, cədvələ 85,926 xala malik İspaniya başçılıq edir.
# 732
avatar

Oxşar yazılar