Nobel mükafatçısı Toni Morrison dünyasını dəyişib
06 avqust 2019 19:39 (UTC +04:00)

Nobel mükafatçısı Toni Morrison dünyasını dəyişib

Amerikanın Nobel mükafatı almış yazıçısı Toni Morrison 88 yaşında dünyasını dəyişib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Morrison "Afro-Amerikan" ədəbiyyatının tanınması və inkişafında önəmli rol oynayıb.

Yazıçının 1983-cü ildə çap olunmuş "Sevimli qadın" romanı 1988-ci ildə Pulitser mükafatına, 1993-cü ildə isə Nobel mükafatına layiq görülüb.

Köləlik mövzusuna qayıdaraq, yazıçı analıq hisslərinə onun məhvedici təsirini göstərir. Əhvalat Ohayo ştatında, ABŞ Vətəndaş müharibəsindən sonra baş verir. Süjetin kökündə qızını öldürməyi onu köləliyə verməkdən üstün tutan zənci qadının əhvalatı dayanır.

Bu kitab Morrisonun ən yaxşı əsəri kimi qəbul edildi və onun ilk bestselleri oldu. Yazıçının "Caz" romanı (1992), Harvard universitetində oxuduğu mühazirələr əsasında yazılmış "Qaranlıqda oyun", “Ağ rəng və ədəbi təsəvvür" (1992), sayca yeddinci romanı olan "Cənnət" (1998) və "Böyük qutu" (2000), "Pis adamların kitabı" (2001) əsərlərini qeyd etmək olar.

# 1454
avatar

Aygün İbrahimli

Oxşar yazılar