352
17:47
06 Avqust 2019

DİM abituriyentlərə müraciət ETDİ

Dövlət İmtahan Mərkəzi (DİM) ixtisasları seçib hələ təsdiqləməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçməyən abituriyentlərə müraciət edib.
Bu barədə Lent.az -a DİM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 6-sı saat 17.30-a olan məlumata əsasən 57 772 abituriyent (o cümlədən 12118 subbakalavr) ixtisas seçimi edərək ərizəsini təsdiq edib. 335 abituriyent isə ixtisasları elektron ərizəsində qeyd edib yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.
Məlumatda qeyd edilib ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.
İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlər qeyd olunan vaxtadək ərizələrini təsdiq etməlidirlər.