157
16:28
06 Avqust 2019

Rezidenturanın boş qalan yerlərinə qəbul aparılacaq

Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az -a bildirilib ki, boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılan namizədlər mərkəzə müraciət edə bilərlər.

Məlum olduğu kimi, 2019/20-ci tədris ili üçün rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb. Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılan namizədlər avqustun 7-si və 8-də saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, A. Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.