1001
16:35
06 Avqust 2019

Məkkədə hava kəskin dəyişdi

Həcc ziyarətinin həyata keçirildiyi bu günlərdə Səudiyyə Ərəbistanının Məkkə şəhərində havanın temperaturu aşağı düşüb, hava sərinləyib.

Lent.az -ın Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məkkədəki nümayəndəsindən əldə etdiyi məlumata görə, ötən gecə Məkkə şəhərində güclü külək əsib və leysan yağıb:

“Ötən gecə Məkkə üçün o qədər də xarakterik olmayan hadisə baş verib. Güclü leysan yağışından sonra şəhərin küçələri su ilə doldu. Bundan sonra hava sərinləyib. Gündüz saatlarında isə temperatur 38-40 dərəcə arasında dəyişib”.

QMİ nümayəndəsi Azərbaycandan gedən bütün zəvvarların artıq Məkkədə olduğunu da bildirib. Otellərə yerləşdirilən zəvvarların sağlamlıqları ilə bağlı bir problem yoxdur.

Gələn zəvvarlar əvvəlcə Həccin beş vacib əməlindən birincisi olan "ümreyi-qudum" adlanan dini ayini yerinə yetirirlər:

“Bundan sonra zəvvarlar Ərəfə gününə, yəni Qurban bayramından bir gün öncəyə kimi sərbəst şəkildə Kəbəyə gedib ibadətlərini edirlər. Ərəfə günündən isə Həccin əsas ibadətləri başlayacaq”.