100
13:21
06 Avqust 2019

DİQQƏT: Bakının bu yollarında rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində daxili yolların üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Lent.az -a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.