127
11:05
06 Avqust 2019

Bu il sərnişin axını daha çox olacaq - DİQQƏT

"Azərbaycanda 56 avtovağzal və avtostansiya kompleksində avqustun 7-dən 14-nə qədər gücləndirilmiş iş rejimi barədə artıq elan verilib".

Bu sözləri Lent.az -a açıqlamasında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, Qurban bayramı ilə əlaqədar bayramın ilk günləri paytaxtdan regionlarımıza səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə ediləcək:

"Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək biletlərinizi öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etməyinizi tövsiyə edirik.

Region avtovağzallarımızdan növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal olunur.

DANX olaraq sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacağınız təqdirdə (012) 566-52-58 nomrəsinə zəng edərək məlumat verəsiniz".