137
10:38
06 Avqust 2019

“Şiddətli, güclü külək gözlənilmir”: Umayra Tağıyeva

“Gözlənildiyi kimi, Bakı və Abşeron yarımadasında küləyin sürəti dünənə nisbətən azalıb. Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi 16-18, arabir isə 23 m/san il əsir”.
Bunu APA -ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, gecə saatlarında açıq dənizdə dalğanın hündürlüyü 7,8 metr təşkil edirdisə, bu saat olan məlumata görə, dalğanın hündürlüyü 6 metr təşkil edir.
“Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək, lakin çox şiddətli, güclü külək gözlənilmir”.