189
10:32
06 Avqust 2019

DİQQƏT: Bu ərazidə 2 gün qaz olmayacaq

Bu gün səhər saat 09:00-dan etibarən avqustun 8-dək (2 gün müddətinə) Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb.
Bu barədə Lent.az -a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb. Bundan başqa saat 10:00-dan 18:00-dək Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.