272
10:07
06 Avqust 2019

Bu gün abituriyentlər üçün SON GÜNDÜR

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatmaq üzrədir.
Lent.az məlumat verir ki, ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
Abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi etməklə ərizələrini təsdiqləməlidirlər.
Elektron ərizəsini təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.